Məscid Neftçala rayonunun Xəzər kəndində yerləşir. İbadət evi, həmçinin “Həzrət Əbülfəzl” məscidi kimi tanınır.
İbadətgah düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscid firuzəyi rəngdədir. İbadətgahın giriş qapısının sol tərəfində kitabə mövcuddur. Orada bu sözlər həkk olunub: “Xəzərkənd kənd Hz.Əbulfəzl (ə) məscidi”. İbadət evinin yeddi tağvari formada ağ plastik pəncərəsi və bir giriş qapısı var. İbadətgahın damı yaşıl şifer ilə örtülüb. Məscidin damında boz rəngli günbəz yerləşir. Orada aypara rəmzi quraşdırılıb. İbadət evinin içərisində dörd çilçıraq var. Məscidin minbəri taxtadandır.