Neftçala rayonu Həsənabad qəsəbəsi məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Neftçala rayonu Həsənabad qəsəbəsi məscidiMəscid Neftçala rayonunun Həsənabad qəsəbəsində, 28 may küçəsində yerləşir. Bura, həmçinin İmam Cəfər Sadiq məscidi kimi də tanınır.

İbadətgah kərpicdən inşa edilib, dam örtüyü isə şiferdəndir. İbadət evinin tavanı dörd sütun üzərində dayanır. Məscidin iki giriş qapısı və səkkiz tağvari pəncərəsi var. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Məscidin kərpicdən bir minarəsi var.

Mənbə:

  1. https://kataloq.gomap.az/