Abidə Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda, Möminə Xatun türbəsinin qarşısında yerləşir. Baştağın inşa tarixi 1187-ci ilə aiddir.
Qoşa minarəli baştağın kim tərəfindən inşa olunması haqda bir neçə kitabə mövcud idi.
Baştağ Atabəylər dövlətinin başçısı Cahan Pəhləvanın əmri və onun mütəvəllisi Nurəddin tərəfindən inşa edilib. Bu haqda kitabədə belə qeyd olunub: “…əlmütəvvəli, əmir əl-üməra, əmir Nurəddin, altı qoşunların başçısı və Atabəy dövlətinin vergi yığanı…”.
Başqa bir kitabədən məlumdur ki, bu abidənin memarı Əcəmi Naxçıvani olub: “Bənna Əcəmi Əbubəkr oğlu Naxçivaninin əməlidir”.
Abidənin portalının yuxarı hissəsində daha bir kitabə olmuşdur. Burada belə bir yazı var idi: “Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın”.
Bu kitabələr 1882-ci ildə sökülmüşdür.
Qoşa minarəni birləşdirən baştağ, Hülakülər dövlətinin (1256–1353) başçısı Hülakü xanın arvadı Qutay xatunun şərəfinə inşa olunmuşdur. Minarələrin hündürlüyü 17 metrdir. Minarələrin səthində firuzəyi rəngli kaşı kərpiclərdən bəzəklər var.
İsveç səyyah Dyubua de Monperenin rəsmində şimal tərəfdən çəkilmiş qoşa minarəli baştağ əks olunub. O, bu rəsmi “Qafqaz ətrafındakı səyahət” (“Voyage autour du Caucase”) adlı kitabına daxil edib.
Qoşa minarəli baştağ 2002-ci ildə təmir edilib.
Mənbələr:
- Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
- http://rcchd.icomos.org.ge
- https://525.az