Naxçıvan şəhəri Müqəddəs məzarlar piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Naxçıvan şəhərindəki Qoçüstü məhəlləsinin Sabir küçəsində (döngə 6, ev № 8) yerləşir. Bu pir mömin məşhədi Məhərrəm Binət oğluna məxsus mülku yerindədir. Məhərrəm adlı şəxs əslən Qarabağlar kəndindən olan möminlərdəndir.

Məhərrəm burada ev tikərək, bir zaman yaşadıqdan sonra, dəfələrlə yuxularında ona üzü niqablı qara-geyimli bir şəxs tərəfindən məzar yerləri ilə ölənlərin adlarını bildirmişdir. Ölənlər eyni kökdən idilər (qəbilədən). Bəzi mənbələrə görə, bu ərazidə orta əsrlərin əvvəllərində qədim Nəşəvi şəhərinin məzarlığı olmuşdur, lakin bu məzarlıqlar burada gedən müharbələr nəticəsində dağıdılmışdir.

Bununla belə yuxu görmələr bir neçə dəfə təkrar olunduqdan sonra əlacsızlıqdan, Məhərrəm öz həyətindəki məzar yerlərini bərpa etmiş və onların adlarını yazmışdır. Onun aşkar etdiyi “Müqəddəs məzarlar”ın bir neçəsi həyətin sol tərəfində idi.

Pir həyətindəki məzar yerlərində möcüzəvi hadisə baş verir. Məzar yanındakı quru torpaq üzərində heroqlif yazılara rast gəlinir. Alban əlifbasına oxşar yazıları süpürməklə onlar möcüzəvi şəkildə yenidən peyda olurlar.

Mənbə:

Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.