Naxçıvan şəhəri Kazım Qarabəkir Paşa məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Naxçıvan şəhəri Kazım Qarabəkir Paşa məscidiMəscid Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yerləşir. İbadət evi 1997-1999-cu illərdə inşa edilib. İbadətgahın memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olublar.

Məscidin giriş qapısı üstündə divarda ərəb və türkcə aşağıdakı sözlər yazılıb: “Kazım Karabekir Paşa Camii” Naxçıvan halkına kardeşlik hediyyesi olarak Belçikada yaşayan türklerin katkılarıyla türkiye diyanet vakfı tarafından Çintaş A.S-yaptırılmışdır. 1997”.

Məscid Osmanlı memarlığı üslubunda inşa olunub. İbadət zalında eyni zamanda 250 nəfər ibadət edə bilər. Məscid mişar daşı, ağ və qırmızı mərmərdən tikilib. İbadət evi üçmərtəbəlidir və burada yeraltı zal, qəbul otağı, dini dərslərin keçirilməsi üçün otaqlar var. Məscidin mehrabı ağ və qırmızı mərmərlə işlənib. Ətrafında isə “Ayətül-kürsi” həkk olunub. Mehrabın sol tərəfində minbər yerləşir. İbadətgahın 38 metr hündürlüyündə qoşa minarəsi və 19 metr hündürlüyündə günbəzi var.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. kataloq.gomap.az
  3. modern.az