Naxçıvan Nehrəm kənd Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Babək rayonunun Nehrəm kəndində yerləşir. İnşa tarixi hicri-qəməri təqvimi ilə 1310-cu (təxmini 1892) ilə aid edilir.

Bu məscidə, həmçinin Hacı Mehdi məscidi də deyilir. Hacı Mehdi vaxtilə bu məsciddə mollalıq edib və repressiya illərinin qurbanı olub.

Nehrəm Cümə məscidinin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi.  İçəridə 15 sütun vardır. Sütunlar bir-birinə tağlarla bitişib.

1990-cı illərdə məsciddə təmir işləri aparılıb.

Mənbə:

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.