Nardaran qəsəbəsi Hacı Qulaməli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Nardaran qəsəbəsi Hacı Qulaməli məscidiMəscid Nardaran qəsəbəsinin Qənbər məhəlləsində, Nəsrullah Əsgərov küçəsi 170-də yerləşir. İbadət evinin inşa tarixi hicri-qəməri təqvimi ilə 1310-cu ilə (1893) aid olunur.

Məscid düzbucaqlı formadadır. İbadətgahın divarları yonulmuş daşlardan hörülüb, damı isə qır və tolla örtülüb. Məscidin içərisi göy rənglə işlənib. İbadət evinin tavanı altı sütun üzərində dayanır. Minbərin üstündə ərəb əlifbası ilə “La İlahə İlləllah” sözləri yazılıb.

1937-1988-ci illərdə məscid uşaq bağçası və anbar kimi istifadə edilib. Sonralar məscidin fəaliyyəti bərpa edilib və ibadətgah yerli əhalinin vəsaiti hesabına təmir olunub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az