Nardaran qəsəbəsi Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Nardaran qəsəbəsi Cümə məscidiMəscid Bakı şəhərində, Nardaran qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir.

İbadətgah sal daşlardan tikilib. Məscidin tavanı səkkiz sütun üzərində dayanır. Sütunlar bir-biri ilə tağlar vasitəsi ilə birləşib. İbadət evinin 16 pəncərəsi və 2 giriş qapısı var. Pəncərələrin 5-i məscidin aşağı hissəsində, 11-i isə yuxarı hissəsində yerləşir. İbadətgahın bir günbəzi var və onun üzərində üç tağvari pəncərə qoyulub. İbadət zalındakı mehrabın üstü mərmərlə üzlənib. Məscidin daş minbəri, həmçinin mərmərlə üzlənib və yeddi pillədən ibarətdir.

Sovet dövründə məscid bağlı olub və yalnız 1986-cı ildə ibadətgahın fəaliyyəti bərpa edilib. 1992-ci ildən ibadət evinin həyətində mədrəsə fəaliyyət göstərməyə başlayıb.

Nardaran qəsəbəsi Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azerbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Nardaran qəsəbə Cümə məscidi – Məscid və minarələr | Kataloq GoMap.Az
  3. http://www.mct.gov.az