Mingəçevir şəhər Heydər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Mingəçevir şəhərinin mərkəzində yerləşir. İbadət evi 1998-ci ildə inşa olunub.

İbadətgah həyəti 4000 kvadratmetrdir və daş hasarla əhatə olunub. Həyətdə həmçinin hovuz da yerləşir. Məscidin qadınlar zalına girişi ayrıdır. Dəstəmazxanaya giriş isə ibadətgahın çöl tərəfindədir.

Məscidin bir günbəzi var və üzərində “Allah” adı həkk olunub. Günbəzin üstü ağ dəmir təbəqə ilə üzlənib. İbadət evinin dəmir borudan hazırlanmış qoşa minarəsi var. İbadət zalın döşəməsi mərmərdəndir. Məscidin ön hissəsində üç tağ üzərində dayanan eyvan yerləşir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.