Mingəçevir kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Mingəçevir şəhərinin yaxınlığında yerləşən eyni adlı kəndində yerləşir. İbadət evi 1990-cı ildə inşa edilib.

Məscid dördbücaq formadadır. İbadət evinin tavanı və döşəməsi taxtadandır, damı isə şiferlə örtülüb. İbadətgahın iki giriş qapısı və üç düzbucaqlı pəncərəsi var. Məscid bir ibadət zalına malikdir. İbadət evinin 10 metr hündürlüyündə bir minarəsi var, günbəzi isə yoxdur. Minarərin qübbəsi ağ dəmir təbəqə ilə örtülüb, üstündə isə aypara və beşguşəli ulduz rəmzi quraşdırılıb.

Mingəçevir kənd məscidi 2004-cu ildə əsaslı şəkildə təmir olunub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://azertag.az