Məscid Bakının Maştağa qəsəbəsinin Xunxar məhəlləsində, Axund Şeyx Hüseyn küçəsi 1-də yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir. Məscidin giriş tərəfində kiril əlifbası ilə “Xoca Aydəmir Məscidi, XIX əsr” sözləri yazılıb.
İbadətgah yonulmuş sal daşlardan tikilib, divarlar isə çöl tərəfdən daş plitələrlə üzlənib. Məscidin damı qırla örtülüb. İbadət evinin mehrabı daşdandır. İbadətgahın içərisində dörd pəncərə və dörd taxça var.
Məscid sovet dövründə də fəaliyyət göstərib.
Maştağa qəsəbəsi Hacı Aydəmir məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- kataloq.gomap.az
- sabunchu-ih.gov.az