Maştağa qəsəbəsi Hacı Aslan məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Maştağa qəsəbəsi Hacı Aslan məscidiMəscid Maştağa kəndinin Hacıağa meydanında yerləşir. İbadət evinin inşa tarixi XVIII əsrə aiddir.

Məscid yonulmuş kərpicdən inşa edilib. Giriş qapısından içəridə kiçik dəhliz yerləşir. Dəhlizdən məscidin damına çıxmaq üçün pilləkən var. İbadət evinin mehrabı yonulmuş daşdandır və üstündə daş kitabə həkk olunub. Məscidin bir minarəsi var.

Hacı Aslan məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.