Maştağa qəsəbəsi Hacı Əziz məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Maştağa qəsəbəsi Hacı Əziz məscidiMəscid Maştağa qəsəbəsinin Xunxar məhəlləsində, Ağadadaş Kərbəlayıoğlu küçəsində yerləşir. İbadət evi XIX əsrdə inşa olunub.

Məscidin divarları yonulmuş sal daşlardan tikilib, damı isə qırla örtülüb. İbadətgahın əsas giriş qapısı dəmirdəndir. Məscidin mehrabı var və üstündə iki daş kitabə var. Kitabələrin birində hicri-qəməri təqvimi ilə 1329-cu il (1911) göstərilib. Məscidin iki pəncərəsi və iki taxçası var.

Sovet dövründə ibadətgah sex kimi fəaliyyət göstərib.

Hacı Əziz məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.