Məscid Maştağa qəsəbəsinin Xunxar məhəlləsində yerləşir. İbadətgahın inşa tarixi hicri-qəməri təqvimi ilə 1316-cı (1898) ilə aiddir. Bu haqda məscidin giriş qapısının üstündəki daş kitabədə məlumat verilir. İbadət evi “Xanım Zəhra məscidi” kimi də tanınır.
Məscid sal daşlardan, günbəzi isə mişar daşından tikilib. İbadət evinin bir giriş qapısı var. İbadətgahın tavanı dörd sütun üzərində dayanır. Sütunlar dörd böyük tağla günbəzə birləşib.
Maştağa qəsəbəsi Gövhərbikə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.