Məscid Masallı şəhərinin Yuxarıbaş məhəlləsində yerləşir.
İbadətgah qırmızı kərpicdən tikilib. Məscidin damının örtüyü qırmızı kirəmitlə işlənib. İbadət evinin günbəzi güldəstə formasındadır, dördguşəlidir və üstü dəmir təbəqə ilə örtülüb. Məscidin ön hissəsində ağ rəngli tağvari formada dörd pəncərə və iki giriş qapısı var.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.