Məscid Masallı şəhərinin Seybətin küçəsində yerləşir. İbadət evi 1910-cu ildə inşa edilib.
Məsciddə eyni anda 300 nəfər ibadət edə bilər. İbadətgah minarəsizdir və bir günbəzə malikdir. Günbəz dəmir təbəqə ilə üzlənib. Məscidin tavanı altı sütun üzərində dayanıb. İbadət evinin həyəti hasar ilə əhatə edilib. İbadətgahda müasir istilik sistemi quraşdırılıb.
Seybətin məscidi dəfələrlə bərpa olunub. İbadətgah son dəfə 1990-ci ildə əsaslı təmir edilib və ərazisi genişləndirilib.
Masallı şəhəri Seybətin məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az