Masallı şəhəri İmam Hüseyn məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı şəhərinin Səməd Vurğun küçəsində yerləşir. İbadət evi yerli əhali tərəfindən tikilib.

Məscidin tutumu 200 nəfərdir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa edilib. İbadətgahın tavanı taxtadan, damı isə kirəmitdəndir. Məscidin ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadətgahın  damında azan vermək üçün kvadrat günbəz var.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahları. Bakı-2021.
  3. https://kataloq.gomap.az