Masallı şəhəri Hacı Mirağa məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşir.

İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən hörülüb. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin dörd pəncərəsi və bir cüt qapısı var. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. Orada azan vermək üçün kvadrat günbəz var.

 Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.