Məscid Masallı şəhərinin Dadva məhəlləsində yerləşir. İbadət evi XIX əsrdə inşa edilib.
Məscid qırmızı kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. İbadətgahın tavanı taxtadandır və yerli ustalar tərəfindən hörülüb. Məscidin ön tərəfində iki pəncərə və bir cüt giriş qapısı, yan tərəfində isə bir cüt pəncərə var. Giriş qapısının üstündə yağışdan qorunmaq üçün beş dirək üzərində dam artırılıb. Məscidin damında azan vermək üçün kvadrat günbəz var.
Masallı şəhəri Dadva məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.