Masallı rayonu Xanalion kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Xanalion kənd məscidiMəscid Masallı rayonunun Xanalion kəndinin ərazisində yerləşir. İbadət evi XIX əsrdə yerli əhali tərəfindən inşa olunub.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. Tavan üç sütun üzərində dayanır. İbadət evinin taxtadan tağvari formada altı pəncərəsi və iki giriş qapısı var. Məscidin ön hissəsində açıqşəkilli eyvan yerləşir. Eyvanın damı dörd dəmir dirək üzərində dayanır və üç tağ formasına malikdir. Hər tağın üzərində aypara ilə ulduz rəmzi quraşdırılıb. İbadətgahın mehrabı və iki üçpilləli minbəri mövcuddur. Minbərin biri eyvanda, digəri isə ibadət zalındadır. İbadət evinin damında qızıl rəngdə dairəvi günbəz inşa edilib. Günbəzin üzərində dəmirdən ərəbcə “Allah” yazısı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.