Masallı rayonu Türkoba kəndi məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Türkoba kəndi məscidi

Məscid Masallı rayonunun Türkoba kəndi ərazisində yerləşir. İbadət evi 1987-ci ildə yerli əhali tərəfindən tikilib.

İbadətgahın tutumu 120 nəfərdir. İbadətgahın qarşısında iki tağvari pəncərə və iki giriş qapısı var. Pəncərələr taxtadandır və rəngli şüşələrdən ibarətdir. Məscidin tavanı dörd daş sütun üzərində dayanır.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahları. Bakı-2021.