Masallı rayonu Seyyid Sadıq ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında yerləşir.

Seyyid Sadıq ağa XX əsrin məşhur seyyidlərindən biri idi. Onun haqqında çoxlu şeirlər, bir neçə publisistik və bədii kitablar yazılıb, “Seyyid Sadıq aləmi” sənədli film çəkilib. Onun məzarı üstündə hündürlüyü 15 metr olan məqbərə ucaldılıb.

Onun yaş kağızına 1929-сu il yazılsa da, ondan iki il öncə dünyaya gəldiyini söyləyirlər. Seyyid Sadıq ağa o dövrün xeyirxah və əliaçıq insanlardan olub. Vəfatından sonra isə onun məzarı ziyarətgaha çevirilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.