Masallı rayonu Şatıroba kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Şatıroba kənd məscidiMəscid Masallı rayonunun Şatıroba kəndinin ərazəsində yerləşir. İbadət evi 2001-ci ildə yerli sakinlər tərəfindən inşa edilib. Lakin əvvəllər bu məscid yerində köhnə məscid olub və onun inşası XIX əsrə aid edilir.

Məsciddə eyni anda 500 nəfərədək insan ibadət edə bilər. Məscid dördkünc formadadır. İbadət zalı və günbəzi dairəvidir. Məscidin zalı taxta şəbəkə ilə iki hissəyə bölünüb. Bir hissə kişilərin, digəri isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub.

Qoşa minarələrin hündürlüyü 20 metr təşkil edir. Minarələrdə iki hündür, şəbəkəli, tağvari pəncərə var. Eyni formada pəncərələr məscid binasının künc divarlarında da mövcuddur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.