Masallı rayonu Qarğalıq kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Qarğalıq kəndi ərazisində yerləşir. İbadətgah 1990-cı ildə yerli əhali tərəfindən tikilib.

İbadət evinin tutumu 60 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb.

İbadətgahın damında azan vermək üçün kvadrat formada günbəz mövcuddur.

İbadət evi yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  3. http://www.mct.gov.az