Masallı rayonu Qəriblər kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Qəriblər kənd məscidiMəscid Masallı rayonunun Qəriblər kəndində, Mübariz İbrahimov küçəsində yerləşir. İbadət evi 1989-1995-ci illərdə yerli əhali tərəfindən inşa olunub.

Məscid düzbucaqlı formadadır. İbadət evinin damı ağ dəmir təbəqə ilə örtülüb, tavanı isə taxtadandır və üç taxta sütun üzərində dayanır. İbadətgahın tağvari formada üç giriş qapısı, yeddi pəncərəsi var. Məscidin ön tərəfində eyvan yerləşir. Eyvanın tavanı yeddi sütun üzərində dayanır. İbadət evinin damının üstündə ərəbcə “Allah”, “Məhəmməd və Əli” adları həkk olunub. İbadətgahın güldəstə formasında bir günbəzi var. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb. Məscidin minbəri beşpilləlidir və taxtadan düzəldilib. İbadət evinin zalı pərdə ilə iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsinə giriş ayrıdır.

Əvvəllər Qəriblər kənd məscidinin yerində başqa məscid var idi. Köhnə məscid XIX əsrdə inşa olunub. İbadətgah yararsız vəziyyətə düşdüyü üçün kənd sakinləri tərəfindən sökülüb və yerində yeni məscid tikilib.

Masallı rayonu Qəriblər kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://kataloq.gomap.az
  4. http://www.mct.gov.az