Masallı rayonu Peşqədim ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Masallı rayonunun Mahmudavar kəndi ərazisində yerləşir.

Ziyarətgahdakı başdaşı üzərində hicri-qəməri təqvimi ilə “1225-ci il” (1810) həkk olunub. Başdaşının üstündə Allahın, Peyğəmbərlərin (s) və 14 məsumun (ə.s) adı həkk olunub. Digər qəbirin başdaşı üzərində isə “1820-ci il” həkk olunub. Bu qəbir ikinci Rus-İran müharibəsində iştirak edən general İbrahimə aiddir.

Peşqədim ziyarətgahı xeyriyyəçi Zümrüd Hüccət qızı tərəfindən abadlaşdırılmışdır.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.