Masallı rayonu Musaküçə kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Musaküçə kəndinin Qara Qarayev küçəsində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir.

İbadətgahın binası kərpicdən tikilib, damı isə qırmızı kirəmitlə örtülüb. Məscidin döşəməsi beton, tavanı isə taxtadandır. Tavan dörd şalban sütun üzərində dayanır. Qadınlar şöbəsi ikimərtəbəlidir və kişilər şöbəsindən taxta arakəsmə ilə ayırılır. İbadətgahın minbəri, həmçinin taxtadan hazırlanıb.

Məscidin tağvari formada üç giriş qapısı və üç böyük pəncərəsi var. İbadət evinin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadətgahın bir günbəzi var, minarəsi isə yoxdur.

1995-ci ildə məscid yerli əhali tərəfindən təmir edilib, dam örtüyü isə dəyişdirilib.

Masallı rayonu Musaküçə kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. http://www.mct.gov.az
  4. https://kataloq.gomap.az