Masallı rayonu Mollaoba kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Mollaoba kənd məscidiMəscid Masallı rayonunun Mollaoba kəndinin Babək küçəsində yerləşir. İbadət evi XIX əsrin sonunda inşa olunub.

Məscid düzbucaqlı formadadır. İbadət evinin həyəti hasarla əhatələnib. İbadətgahın divarları qırmızı kərpiclə hörülüb, damı dəmir təbəqə ilə örtülüb, tavanı isə yerli ustalar tərəfindən taxtadan tikilib. Məscidin ön tərəfində dörd taxta pəncərə və iki giriş qapısı var. Pəncərə və qapıların üst hissəsi tağvari formadadır. Qapılar məscidin sağ və sol tərəfində yerləşir və onların qarşılarına pilləkənlər salınıb. İbadət evinin daxili divarlarının üzərində ərəb əlifbası ilə şəhadət və İmam Zaman ağanın (ə.f) salamatlıq duası həkk olunub. Mehrabın üzərində isə ərəbcə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları yazılıb. Məscidin minbəri beşpilləlidir. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi.

İbadət evində azan vermək üçün düzbucaqlı günbəz var və üzərində aypara rəmzi quraşdırılıb.

1990-cı illərdə məscid əsaslı şəkildə təmir olunub.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://kataloq.gomap.az