Masallı rayonu Miyankü kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Miyankü kənd məscidiMəscid Masallı rayonunun Miyankü kəndi ərazisində yerləşir. İbadət evi 2000-ci ildə yerli əhali tərəfindən tikilib.

Məscidin tutumu 80 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa edilib. Məscidin tavanı taxtadandır və yerli ustalar tərəfindən hörülüb, damı isə kirəmitlə örtülüb.  İbadət evinin ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan vermək üçün kvadrat günbəz var.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.