Masallı rayonu Mir Tağı ağa ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Masallı rayonunun Bədəlan kəndi ərazisində yerləşir.

Ocaq burada yaşamış seyyid Mir Tağı ağa adlı şəxsin adı ilə bağlıdır. Yerli sakinlərin sözlərinə görə, MirTağı ağanın babası Şah İsmayılın dövründə Ərdəbildən Bədəlan kəndinə gəlmişdir. Mir Tağı ağanın babası seyyid Mir Cəfərdə, atası seyyid Mir Nağıda və özündə də İmamların (ə.s) nişanəsi var. Ağanın sol qolunda olan iz Həzrət Abbasın (ə.s) nişanəsini xatırladırdı. Seyyid Mir Tağı ağanın dörd oğlu və iki qızı olmuşdur. O, vəfat etdikdən sonra burada dəfn edilib. Onun qəbri sonralar ziyarət yerinə çevrilib.

Mir Tağı ağa ocağı yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  3. http://www.mct.gov.az