Ocaq Masallı rayonunun Rüdəkənar kənd qəbiristanlığı ərazisində yerləşir. Deyilənlərə görə, bu ocaq Mir Əziz adlı lal bir seyyidin adı ilə bağlıdır.
Lal seyyid öz dövrünün seyyidlərindən olmuş, onun yanına üz tutanlara şəfa vermişdir. Lal olduğuna görə, ona “lal seyyid” adı verilmişdir. Bundan əlavə, ocağın həyətində qəbirlər də mövcuddur. Lal seyyid 2000-ci ildə, vəfat etmiş və bununla əlaqədar indiki türbə inşa edilmişdir.
Mənbə:
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.