Masallı rayonu Hişkədərə kənd “Əhli-Beyt” məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Hişkədərə kənd “Əhli-Beyt” məscidiMəscid Masallı rayonunun Hişkədərə kəndi ərazisində, Rəşid Behbudov küçəsində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir.

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın döşəməsi torpaqdan, tavanı isə taxtadandır. Məscidin ön tərəfində tağvari formada iki qapısı və iki pəncərəsi var. İbadət evinin yan tərəflərində isə bir tağvari və iki düzbucaq formada pəncərəsi yerləşir. İbadətgahın tavanı dörd sütun üzərində dayanıb və damı kirəmitlə örtülüb. İbadətgah bir günbəzə malikdir. Məscidin ibadət zalı iki hissəyə: kişi və qadın zallarına bölünüb.

 Mənbə:

  1.  Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.