Masallı rayonu Həsənli kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Həsənli kənd məscidiMəscid Masallı rayonunun Həsənli kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aiddir.

Məscid düzbucaqlı formaya malikdir. İbadətgahın divarları qırmızı kərpicdən hörülüb. Məscidin tavanı taxtadandır, damı isə kirəmitdəndir. Məscidin damında qızılı rəngdə günbəz yerləşir. İbadət evinin dörd pəncərəsi və iki giriş qapısı var. İbadətgahın damı dörd dirək üzərində artırılıb.

Həsənli kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

 Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.