Masallı rayonu Böyük Kolatan kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Böyük Kolatan kəndinin ərazisində yerləşir. İbadətgahın tikintisi XIX əsrə aid edilir. İbadət evinin divarındakı yazıya əsasən, məscid 1815-ci ildə inşa edilib. 1988-ci ildə aparılan təmir zamanı burada tapılan daşın üzərində ibadətgahın 1859-cu ildə tikildiyi bildirilir.

1985-ci ildə sovxozun vəsaiti hesabına ibadət evi tamamilə sökülüb və yenidən inşa edilmişdir. Məsciddə azan vermək üçün kvadrat formalı günbəz inşa olunub.

Məscid düzbucaq formaya malikdir və kərpicdən inşa olunub. İbadət evinin döşəməsi torpaq, tavanı isə taxtadan düzəldilib. İbadət evinin ön tərəfdən iki pəncərəsi, yan tərəfindən isə cüt pəncərəsi var. Məscidin həmçinin bir cüt qapısı mövcuddur.

Böyük Kolatan məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. cenub.az