Masallı rayonu Bala Təklə kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Bala Təklə kənd məscidiMəscid Masallı rayonunun Bala Təklə kəndi ərazisində yerləşir. İbadət evi 1972-ci ildə yerli əhali tərəfindən inşa edilib.

İbadətgahın tutumu 80 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır, divarları qırmızı kərpiclə tikilib. İbadət evinin tavanı taxtadan yerli ustalar tərəfindən hörülüb. Məscidin damı kirəmitlə örtülüb. İbadətgahın ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz var.

Bala Təklə kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://www.mct.gov.az