Masallı rayonu Ağakişibəyli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Ağakişibəyli kəndində yerləşir. İbadətgah, həmçinin “Şeyx Həsən” məscidi kimi də tanınır.

İbadət evi qırmızı kərpiclə hörülüb və düzbucaqlı formaya malikdir. Məscidin dörd pəncərəsi və bir cüt giriş qapısı var. İbadət evinin tavanı taxtadan, damı isə kirəmitdəndir. Məscidin damı beş dəmir dirək üzərində artırılıb. Burada azan vermək üçün kvadrat günbəz var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.