Masallı rayonu Ərkivan qəsəbəsi Qızılayküçə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Ərkivan kəndinin Qızılayküçə məhəlləsində yerləşir. İbadətgah XIX əsrin sonlarında inşa olunub. Məscidə yerli sakin Məşhədi Abbas Şükür oğlu tərəfindən torpaq sahəsi verilib.

İbadətgahın divarları kərpiclə hörülüb, tavanı isə taxtadandır. Məscidin damı və güldəstə formasında olan günbəzi qırmızı kirəmitlə işlənib. Həyətyanı sahəsi mişar daşı ilə hasara alınıb. Məscidin tağvari formada iki taxta giriş qapısı var. İbadət zalının bir hissəsi qadınlar üçün ayrılıb. Məscidin minbəri və pəncərələri taxtadandır.

Məscid 1991-ci ildə təmir edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Canub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.