Məscid Masallı rayonunun Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində yerləşir. İbadətgah 1988-1989-cu illərdə tikilib. İbadət evi yerli sakinlər tərəfindən inşa edilib.
Məscid qırmızı və ağ kərpicdən tikilib. İbadətgahın dam örtüyü qırmızı kirəmitdəndir. İbadət evinin ön tərəfində taxtadan günbəzvari formada iki pəncərə və iki giriş qapısı var. Məscidin giriş qapılarının ön tərəfində açıq formada artırmalar mövcuddur və onlar dörd dəmir sütun üzərində dayanır. İbadətgahın günbəzi dördguşəlidir, güldəstə formasındadır və üstü ağ dəmir təbəqə ilə örtülüb. İbadət evinin mehrabı taxtadandır və dördpilləlidir. Əsas ibadət zalı taxta arakəsmə ilə iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.