Masallı rayonu Ərkivan qəsəbəsi Göllü məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Masallı rayonunun Ərkivan qəsəbəsinin Göllü məhəlləsində yerləşir. İbadətgahın bünövrəsi hicri-qəməri təqvimi ilə 1330-cu ildə (1980) qoyulub.

Məscid kərpicdən hörülüb. Düzbucaqlı formada olan tavan üç taxta sütun üzərində yerləşir. İbadət zalında tağvari formada dörd pəncərə var. Məscidin əsas ibadət zalı iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi.

İbadət evinin giriş qapıları tərəfdə eyvan yerləşir. Məscidin eyvanın döşəməsi beton, tavanı isə taxtadandır. İbadət evinin həyətyanı sahəsi mişar daşı ilə hasara alınıb. Güldəstə formasında olan günbəzi dördguşəlidir və üstü dəmir təbəqə ilə işlənib. Məscidin taxtadan altıpilləli minbəri var.

Mənbələr:

  1. Aqşin Mistanlı. Canub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.