Masallı rayonu Ərəb kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Masallı rayonu Ərəb kənd məscidiMəscid Masallı rayonunun Ərəb kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aiddir.

İbadət evi kvadrat formadadır və daşdan inşa edilib. İbadətgahın ön hissəsində iki pəncərə və iki giriş qapısı var. İbadət zalı taxta arakəsmə ilə iki hissəyə bölünüb: kişilər və qadınlar zalı. Məscidin ibadət zalında mehrab və beşpilləri minbər yerləşir. İbadət evinin giriş qapısına qızılı rəngdə ərəb hərfləri ilə “Babu-Əli” (Əli qapısı) yazsı həkk edilib. Hər iki giriş qapısının önündə yağışdan qorunmaq üçün dam artırılıb. İbadətgahın bir günbəzi və bir miarəsi var. Günbəzin və minarənin üstü yaşıl şiferlə örtülüb. Minarə kvadrat formada inşa edilib.

Masallı rayonu Ərəb kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

 Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.