Lerik rayonu Züvüc kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Züvüc kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və divarları mişar daşları ilə yerli ustalar tərəfindən hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində beş, yan tərəflərində isə bir cüt tağvari pəncərə var. İbadətgahın iki giriş qapısı var. Məscidin damında azan vermək üçün günbəz mövcuddur.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.