Lerik rayonu Zərdəbərə kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Zərdəbərə kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin tavanı taxtadandır. İbadətgahın ön tərəfində üst hissəsi tağvari olan beş, yan tərəflərində də bir cüt pəncərə var. İbadət evinin ön tərəfində iki giriş qapısı mövcuddur. Məscidin damı dəmir təbəqə ilə örtülüb və üzərində azan vermək üçün günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.