Lerik rayonu Vizəzəmin kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Vizəzəmin kənd məscidiMəscid Lerik rayonunun Vizəzəmin kəndi ərazisində yerləşir. İbadətgah 1990-cu ildə inşa olunub.

İbadət evinin tutumu 140 nəfət təşkil edir. Məscid düzbucaqlı formaya malikdir. İbadətgahın divarları mişar daşları ilə yerli ustalar tərəfindən hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində tağvari formada beş pəncərə, yan tərəflərində isə bir cüt pəncərə var. İbadət evinin ön tərəfdən iki giriş qapısı mövcuddur. Məscidin arxa tərəfində “1411” və “1990” yazıları həkk olunub. Ehtimal olunur ki, bu illər ibadətgahın inşa tarixidir. İbadət evinin damında azan vermək üçün günbəz yerləşir. İbadət zalında divara üzərində Nizami Gəncəvinin təsviri olan xalça asılıb. Məscidin zalı taxta arakəsmə ilə iki hissəyə bölünüb: kişilər və qadınlar zalı.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.