Məscid Lerik rayonunun Vistən kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 35 nəfər təşkil edir. İbadət evi kərpicdən inşa olunub. İbadətgahın dam örtüyü şiferdən, tavanı isə taxtadandır. Məscidin damında azan vermək üçün kvadrat günbəz var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.