Lerik rayonu Veri Əliabad kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Veri Əliabad kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 45 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formaya malikdir. Məscidin divarları çöl tərəfdən sarı boya ilə rənglənib. İbadətgahın tavanı taxtadan, damı isə şiferdəndir. İbadət evinin ön tərəfində taxtadan dörd pəncərə və iki qapı var. Məscidin giriş hissəsində yağışdan qorumaq üçün səkkiz dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan vermək üçün düzbucaq günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.