Lerik rayonu Qosmalian kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Qosmalian kənd məscidiMəscid Lerik rayonunun Qosmalian kəndində yerləşir.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. Məscid mişar daşlarından hörülüb və düzbucaqlı formadadır. İbadətgahın tavanı taxtadan, damı isə şiferdəndir. Məscidin ön tərəfində dörd ağ rəngli plastik pəncərə və bir qapı var. İbadət zalında üçpilləli minbər yerləşir. Qadın və kişi zalları pərdə arakəsmə ilə arılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.