Məscid Lerik rayonunun Qələsər kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 75 nəfər təşkil edir. Məscidin tavanı fanerlə hörülüb, damı isə şiferdəndir. İbadət evinin ön tərəfində iki, yan tərəflərində bir cüt göy rəngli taxta pəncərə var. Məscidin bir taxta qapısı var. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün iki göy rəngli dəmir dirəklər üzərində dam inşa olunub.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.