Lerik rayonu Pirasora kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Pirasora kənd məscidiMəscid Lerik rayonunun Pirasora kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 100 nəfər təşkil edir. İbadət evinin divarları yaşıl rənglə boyanıb. Məscidin dam örtüyü şiferdəndir. Damda azan səsləndirmək üçün kvadrat günbəz var. İbadət evinin ön tərəfində üç pəncərə və iki giriş qapısı var. Giriş qapılarına üçpilləli pilləkənlər çəlikib. İbadətgahın tavanı səkkiz sütun üzərində dayanır. İbadət zalı pərdə arakəsmə ilə iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Məscidin ibadət zalında minbər və mehrab yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.