Məscid Lerik rayonunun Nücü kəndində yerləşir.
İbadətgahın tutumu 98 nəfərdir. İbadət evi düzbucaqlı formadadır. Məscidin döşəməsi beton, tavanı isə ağacdandır. İbadət evinin çöl tərəfdən divarları göy rənglə boyanıb. Məscidin ön tərəfində taxtadan dörd eyni pəncərə və iki taxta qapı var. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb və orada dördkünc günbəz mövcuddur.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.