Məscid Lerik rayonunun Noda kəndində yerləşir.
İbadətgahın tutumu 90 nəfərdir. Məscidin divarları mişar daşlarından, tavanı isə taxtadan hörülüb. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində bir cüt plastik pəncərə və bir qapı var. Burada, həmçinin altıpilləli daş pilləkən var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.